BNA bunu da etdi - Foto
    • 31-05-2021, 17:15
    • 323

BNA bunu da etdi - Foto

Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə svetoforlarla nizamlanan bir sıra yol kəsişmələrində piyada keçidlərinin 4 tərəfli formada təşkil edilməsi işləri davam etdirilir.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindn məlumat verilib.

Bildirilib ki, görülən işlər çərçivəsində daha 6 yol kəsişməsində bu istiqamətdə işlər icra edilib və ümumilikdə 46 məntəqədə 4 tərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb. Nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılıb. Müvafiq yol nişanlanma xətləri çəkilib.

Qeyd olunub ki, səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.