"Ermənistanda dövlət sistemi xaos içindədir" - Marukyan reallığı açıqladı
    • 2-06-2021, 14:33
    • 363

"Ermənistanda dövlət sistemi xaos içindədir" - Marukyan reallığı açıqladı

"Ermənistanın dövlət idarəetmə orqanları xaosa qərq olub. Dövlət sistemi faktiki olaraq işini dayandırıb və bunun nəticəsi olaraq səs-küylü qətl hadislərini göstərmək olar".

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu sözləri “İşıqlı Ermənistan” müxalif fraksiyasının rəhbəri Edmond Marukyan deyib. O bildirib ki, dövlət sisteminin işləmədiyini aydın müşahidə etmək olunur: "Bu, fərqli sahələrdə fərqli şəkildə özünü göstərir. Səhiyyə sektorunda bu, ölən hərbçilərin cəsədləri ilə, hüquq-mühafizə orqanlarında isə Yerevanın mərkəzində günorta saatlarında adamın öldürülməsidir".

Onun sözlərinə görə, bir çox dövlət strukturları və məmurlar erkən seçkilər ərəfəsində gözləməyi üstün tutublar. Onlar seçkilərin nəticələrinə əsasən  nə edəcəklərinə qərar verməyə çaılşırlar. Bu cür qarışıqlıq və hərəkətsizlik qarşısında qətl daxil olmaqla hər şey ola bilər.