İran BMT-nin Baş Məclisində səsvermə hüququndan məhrum edildi
    • 3-06-2021, 09:26
    • 272

İran BMT-nin Baş Məclisində səsvermə hüququndan məhrum edildi

İran və Mərkəri Afrika Respublikası BMT-nin Baş Məclisində səs vermək hüququndan məhrum edilib.

News24.az xəbər verir ki, buna səbəb ölkələrin təşkilata olan borclarını ödəməmələridir. Bildirilir ki, hazırda BMT-yə üzv 5 ölkə nizamnamənin 19-cu maddəsinin şərtlərinə uyğun olaraq borclu sayılır. 

19-cu maddəyə əsasən, vergi borcu olan BMT üzvü Baş Assambleyada səs verə bilməz. 

Bununla belə, Baş Assambleya ödəmənin gecikməsinin dövlətin ixtiyarından kənar şərtlərə görə olduğunu qəbul etdiyi təqdirdə ölkəyə səs verməyə icazə verə bilər.