Abşeronda 1 tona yaxın yanacaq oğurlandı
    • 7-06-2021, 13:17
    • 329

Abşeronda 1 tona yaxın yanacaq oğurlandı

Abşeronda 1 tona yaxın yanacaq oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator və 800 litr yanacaq oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb.

Araşdırma aparılır.