"Toydan xəbərim yox idi" - Niyam 5 min cərimələnməsindən danışdı
    • 22-06-2021, 10:48
    • 450

"Toydan xəbərim yox idi" - Niyam 5 min cərimələnməsindən danışdı

"Restoran işi ağırdır. Mən bu işi qurana qədər çox çətinliklərlə qarşılaşdım. Bilirsiniz, restorana hər gün başqa ailələr, insanlar gəlir. Həm də məkanımda içki də verilmir. Belə şeylərdən xoşum gəlmir. Sumqayıt şəhərində olan "Salami" restoranını əziyyətlə qurmuşam. Amma mən durub banket yazmaq, başqa işləri etmirəm. Orada bunları işçi yazır. İnanmıram ki, ona da toy adı ilə yazılsınlar".

News24.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "İnstagram"da deyib. Restoranında karantin qaydalarını pozaraq toy edən sənətçi 5 min manat cərimələnməsindən danışıb: "İndi restoranlar işləyir və müəyyən sayda insanlar zəng vurub yazılır. Buna mən cavabdeh deyiləm. Cavabdeh şəxs var idi. Onun da xəbəri olmayıb. Həm də siyahıda tək bizim adımız qeyd olunmayıb, bir çox məkanlar cərimələnib. Bilirsiniz, orda gəlin-bəy yox idi. Adi ziyafət paltarında idilər. Mənə dedilər ki, belə hadisə olub. 5001 manat cərimə ödədim. Məni sıxışdıran digər restoran sahibləridir. Gələn qonaqlarıma qəsdən pis baxırlar. Oraya pulla götürdükləri adamları göndərirlər".

Qeyd edək ki, ötən həftə sənətçiyə məxsus iki restoranda əməliyyat keçirilib. Belə ki, şənbə günü onun Sumqayıtda yerləşən obyektində toy keçirildiyi ortaya çıxıb və sənətçi 5 min manat cərimələnib. Bir neçə gün əvvəl isə  Daxili İşlər Nazirliyi və  Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən onun Novxanıdakı restoranında reyd aparılıb. Monitorinq zamanı qanunvericilik tələblərinin pozulması faktları aşkar olunub və iaşə obyekti 400 manat dəyərində cərimə edilib.