Sabahdan bu avtobusda da ödəniş "Bakı Kart"la olacaq
    • 22-06-2021, 14:24
    • 505

Sabahdan bu avtobusda da ödəniş "Bakı Kart"la olacaq

Daha bir marşrut xəttində ödəniş "Bakı Kart" sisteminə keçir.

News24.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 23.06.2021-ci il tarixindən 204 nömrəli marşrut xətti (“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi – Ramana qəsəbəsi (Sovxoz adlanan ərazi)) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu, Sabunçu və Ramana qəsəbələri üzrə qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.