Xuliqanlığa görə axtarılan şəxs saxlanıldı
    • 29-06-2021, 12:46
    • 375

Xuliqanlığa görə axtarılan şəxs saxlanıldı

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan şəhər sakini Ə.İbadov saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 115 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.