"Saytlar üçün gündəlik 20 yazı dərci tələbi ÇOX KİÇİKDİR
    • 2-07-2021, 17:40
    • 377

"Saytlar üçün gündəlik 20 yazı dərci tələbi ÇOX KİÇİKDİR"

"Müsabiqə nəticələri imkan verdi ki, saytların gündəlik yaydıqları informasiyanın sayını da öyrənək. Saytlar üçün gündəlik 20 yazı dərci tələbi çox kiçikdir".

Bunu News24.az-a açıqlamasında Medianın İnkişafı Agentliyinin brifinqində çıxış edən Agentliyin sədri Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, qalib olan saytların gündəlik 100-dən çox yazı dərc etdikləri aşkar olundu.

Ə. İsmayılov qeyd edib ki, maliyyə vəsaitləri qalib media subyektləri ilə görüşdən sonra ayrılacaq: “Görüşlər keçiriləcək, müqavilə imzalanacaq və növbəti 6 ay üçün nəzərdə tutulan maliyyə vəsaiti aylıq olaraq ödəniləcək. Həmçinin, bu vəsaitin müsabiqənin şərtlərində göstərilən 3 istiqamət üzrə xərclənməsinə nəzarət olunacaq. Əgər vəsait təyinatı üzrə xərclənməsə, maliyyələşmə dayandırılacaq”. 

Qaydalara görə, 3 nəfər əməkdaşın əmək haqqının artırılması tələb olunur.