Şəmkir və Tovuzda 20 ədəd subartezian quyusu qazılacaq - SİYAHI
    • 7-07-2021, 14:30
    • 370

Şəmkir və Tovuzda 20 ədəd subartezian quyusu qazılacaq - SİYAHI

Prezident İlham Əliyev "Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamla Şəmkir və Tovuz rayonlarının əhalisi 105153 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sıra №-siRayonun adıQuyuların sayı, ədədYaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
1.Şəmkir10Düyərli kəndi (2 quyu)9502
İrmaşlı kəndi5216
Könüllü kəndi5073
Sarıtəpə kəndi2289
Yeni Həyat kəndi4340
Yeni yol kəndi1625
Zəyəm qəsəbəsi (3 quyu)8749
2.Tovuz10Alakol kəndi4265
Aşağı Quşçu kəndi11340
Bozalqanlı kəndi4593
Cəlilli kəndi2212
Dondar Quşçu kəndi4356
Düz Qırıqlı kəndi7190
Əyyublu kəndi12327
İbrahimhacılı kəndi4527
Köhnəqala kəndi2079
Qovlar şəhəri15470

Cəmi:2017105 153