Sumqayıtda intihara cəhd edən şəxs xilas edildi
    • 10-07-2021, 14:39
    • 427

Sumqayıtda intihara cəhd edən şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

News24.az nazirliyin saytına istinadən xəbər verir ki, FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.