Tanınmış ekoloqdan ekoaktivistə cavab: “Nə iynə vurdularsa..."
    • 12-07-2021, 18:30
    • 404

Tanınmış ekoloqdan ekoaktivistə cavab: “Nə iynə vurdularsa..."

Tanınmış ekoloq Azərçin Muradov ekoaktivist Cavid Qaranın ekoloji məsələlərlə bağlı ifrat mövqeyini sifariş kimi qiymətləndirərək sosial şəbəkə vasitəsilə ona cavab verib:

News24.az Azərforum-a istinadən cavabı təqdim edir:

 “Sənin  görünməyən tərəflərinə elə bir "esse" həsr edərdim ki, amma  zamana buraxım! Gec-tez üzə çıxacaq! Amma o da doğru ki, təbiət üçün müəyyən şeylər edirsən!

Kaş ki, səmimiyyətin və dürüstlüyün olaydı!! Səndə heç vaxt üz-üzə danışmaq cəsarətini görmədim, ancaq “Facebook” üzərindən "qəhrəman" olub hər kəsə "yalançı", "iradəsiz” deməyin var...

Ekoloq olmaq əvəzinə gah deputat, gah NİDA-çı, gat ReAL-çı, gah kommunalçı və axırda da "zakazşik" oldun. 2-3 nəfər kommentdə "əsl nazir olası adamsan" yazdı deyə indi də nazirmi olmaq xülyasındasan? Sən oxu "ekoloq" ol, əsl vətənpərvər və əqidəsi təmiz gəncləri ətrafına cəlb et və əl-ələ verib həqiqətən ekologiyamız üçün,

Vətənimiz üçün yaşayıb-yaradan savadlı, elmli, fədakar nəsil yetişsin! Sənə nə iynədir vurdular bilmirəm, İngiltərədən tamam başqa adam olub qayıtdın!”