Qanunsuz fəaliyyət göstərən daha 5 heyvan kəsim məntəqəsi aşkarlandı
    • 22-07-2021, 11:00
    • 299

Qanunsuz fəaliyyət göstərən daha 5 heyvan kəsim məntəqəsi aşkarlandı

Xətai rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən News24.az-a verilən məlumata görə, nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Vəli İnşallah oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Məmiyev Fuad Mətləb oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 100A ünvanında yerləşən, fiziki şəxs Musayev Ramil Nail oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 104A ünvanında yerləşən, fiziki şəxs Məhəmmədov Aqil Məhəmməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən, fiziki şəxs Baxşəliyev Cəmil Karbalı oğluna məxsus heyvan kəsimi məntəqəsi.