Aydın Mirzəzadə: "Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu"
    • 9-11-2018, 15:21
    • 2 316

Aydın Mirzəzadə: "Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu"

Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının (KTMT) növbəti sammitinin yekunlarını şərh edərkən bildirib. 
Onun sözlərinə görə, sammitin gündəliyində bir sıra məsələlərlə yanaşı təşkliatın boşalan baş katib vəzifəsinə seçkilər də nəzərdə tutulmuşdu: "Vəzifəni rotasiya ilə Ermənistan nümayəndəsi Yuri Xaçaturov tuturdu. Ancaq öz əlkəsində onun adı ağır cinayətlərdə keçdiyinə görə təşkliat onu vəzifəsindən vaxtından əvvə azad etməli oldu. Ermənistan onun rotasiya müddətinə düşən və istifadə edilməmiş bir il müddətinə öz nümayəndəsini seçməyi təklif edirdi. Ancaq sammit başqa qərarə gəldi. Ermənistanın bütün səylərinə baxmayaraq növbəti erməni generalı baş katib ola bilmədi. Məslənin həlli sonraya saxlanılsa da əsas motiv bir ilə yeni baş katibin layiqincə işləyə bilməməsi oldu".
A.Mirzəzadə qeyd edib ki, Ermənistan beş müttəfiq dövləti öz arqumentinə inandıra bilmədi: "Olay göstərdi ki, Ermənistanın beynəlxaql təşkliatlarda nüfuzu aşağıdır, onun prinsipial xətti ümumi maraqların əksinə gedir. Bu belə də olmalı idi. Əsas məsələ cinayətkar hakimiyyəti dəyişməkdən başqa, həm də onun siyasi xəttini dəyişməkdir. Ermənistan isə bunu etməyə çəkinir. Deməli, Ermənistanın ümummilli böhranı daha da dərinləşəcəkdir".