Dalay Lama qadın cildində yenidən doğulacaq
    • 29-07-2021, 13:01
    • 407

Dalay Lama qadın cildində yenidən doğulacaq

Tibetdəki vəziyyət dəyişməzsə, XIV Dalay Lama "azad dünyada" və "qadının cildində" yenidən doğula bilər.

News24.az xəbər verir ki, bu sözləri Dalay Lamanın Rusiyada, MDB ölkələrində və Monqolustanda fəxri nümayəndəsi, Kalmıkiyanın Ali Laması Telo Tulku Rinpoçe deyib.

Qeyd edək ki, məşhur Buddist lider iyul ayında 86 yaşını qeyd edib. O, 110-113 yaşayacağına ümid etdiyi vurğulayıb.