Bəy evini bəzəməyə gedən qohumlar qəzaya düşdü: ölən var
    • 29-07-2021, 18:00
    • 328

Bəy evini bəzəməyə gedən qohumlar qəzaya düşdü: ölən var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hunday" və VAZ-2107 markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "Hunday" dərəyə aşıb, VAZ-2107 isə maneəyə çırpılıb.

Nəticədə, VAZ-2107-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, VAZ-2107-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.

Faktla bağlı araşdırma aparılır.