Vilayət Eyvazov vəfat edən polisin dəfnində - Foto
    • 6-08-2021, 17:18
    • 966

Vilayət Eyvazov vəfat edən polisin dəfnində - Foto

Daxili işlər naziri polis əməkdaşı ilə vida mərasimində iştirak edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. 

Ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş E.Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq avqustun 5-də vəfat edib.  

Polis əməkdaşı ilə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! 

Allah rəhmət eləsin!


****

16:27

İyulun 27-də Bakının axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan və ötən gün axşam saatlarında vəfat edən Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

News24.az-ın məlumatına görə, Elçin Səfərovun dəfn mərasimində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib. 

News24.az dəfndən olan fotonu təqdim edir: