Maşın Samur-Abşeron kanalına aşdı - Ölən var
    • 10-08-2021, 09:32
    • 256

Maşın Samur-Abşeron kanalına aşdı - Ölən var

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə rayonun Gəndov kəndində "Opel" markalı minik avtomobilinin Samur-Abşeron kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1962-cı il təvəllüdlü Quliyev Mənsim Qəhrəman oğlunun meyitini su kanalından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.