BNA-dan 30 nömrəli avtobusdakı tüstülənmə ilə bağlı açıqlama
    • 13-08-2021, 15:46
    • 270

BNA-dan 30 nömrəli avtobusdakı tüstülənmə ilə bağlı açıqlama

"Bu gün gündüz saatlarında 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun sərinləndirmə sistemində əmələ gələn texniki nasazlıq səbəbindən tüstülənmə hadisəsi baş verib.  Sürücü təlimata uyğun davranaraq ilk növbədə sərnişinlərin avtobusdan çıxmasını təmin edib və dərhal müdaxilə edərək tüstülənmənin qarşısını alıb".

News24.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Facebook" hesabında yazıb. O bildirib ki, bir sıra informasiya saytlarında baş verənlər yalnış formada təqdim edilərək avtobusda yanğın hadisəsinin olması kimi göstərilib. Lakin təqdim edilən fotolardan da aydın şəkildə göründüyü kimi sərinləndirmə sistemində yanğın olmayıb: "Bildiririk ki, əhali arasında ciddi narahatlıq və çaşqınlıq yaratmamaq məqəsdilə bu cür informasiyalara həssaslıqla yanaşılmalı və araşdırılmadan ictimaiyyətə ötürülməməlidir".