COVID pasportuna görə qapıda qalan Aşura iştirakçıları - Fotolar/Video
    • 19-08-2021, 13:59
    • 492

COVID pasportuna görə qapıda qalan Aşura iştirakçıları - Fotolar/Video

Bu gün Məhərrəm ayının 10-u Aşura günüdür. 

News24.az xəbər verir ki, paytaxtın bir çox məscidində bu günlə bağlı məclislər təşkil olunub. 

Ötən illərdən fərqli olaraq, bu il pandemiya şəraiti nəzərə alınmaqla məscidlərə 50 nəfərin daxil olmasına icazə verilib. 

Həmçinin, həmin şəxslərin COVID pasportları məscidə daxil olmamışdan öncə Daxili İşlər Nazirliyinin əməkdaşları və məscid təyin olunmuş nəzarətçilər tərəfindən yoxlanılıb. 

Müvafiq sənədi olmayanlar isə məscidlərə buraxılmayıb. 

Aşura günündən olan fotoları təqdim edirik:

Fotolar: Teymur Məmmədov