Mingəçevirdə gənc qız özünü Kürə atdı
    • 19-08-2021, 14:21
    • 471

Mingəçevirdə gənc qız özünü Kürə atdı

Mingəçevir sakini özünü Kür çayına atıb.

Hadisə Sahil parkı ərazisində baş verib. Şəhər sakini Gülnar Rüstəmova özünü nəqliyyat körpüsündən Kür çayına atıb.

Qayıqçı Xəyal Ağayevin müdaxiləsi nəticəsində G. Rüstəmova xilas olunaraq sahilə çıxarılıb.

Qeyd edək ki, qız özünü çaya atan zaman dəmir məhəccərlərə çırpılaraq xəsarət alıb. Sudan çıxarılan qız həkim briqadasına təhvil verilib.

İntihar cəhdinin səbəbi məlum deyil. Faktla bağlı araşdırma başlanıb. /APA/