Prezidentin köməkçisi: “Vaksinasiya məcburi deyil”
    • 20-08-2021, 12:27
    • 245

Prezidentin köməkçisi: “Vaksinasiya məcburi deyil”

“Vaksinasiya məcburi deyil. Operativ Qərargah tərəfindən vaksinasiyanın icbari olması barədə məsələ qoyulmayıb”.

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, bununla yanaşı, bir çox sahədə icbarilik var: “Məsələn, həkimlərin bilavasitə “qırmızı zona”da olmasına görə orada icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb”.