Şamaxıda tikilidə yanğın oldu
    • 21-08-2021, 14:51
    • 296

Şamaxıda tikilidə yanğın oldu

Şamaxı rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 35 m² sahədə və tikilinin içərisinə yığılan 4 ton ot bağlamasının 1,5 tonu yanıb. Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.