Əfqanıstanda Ukraynaya aid təyyarə qaçırıldı
    • 24-08-2021, 11:54
    • 300

Əfqanıstanda Ukraynaya aid təyyarə qaçırıldı

Naməlum şəxslər Əfqanıstanda ölkə vətəndaşlarının təxliyəsi üçün nəzərdə tutulmuş Ukrayna təyyarəsini ələ keçirərək İrana uçublar.

News24.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin məlumat verib. 

Qeyd edək ki, Kiyevin insanları təxliyyə etmək üçün növbəti üç cəhdi də uğursuz olub. Buna səbəb isə potensial sərnişinlərin hava limanına daxil ola bilməmələri olub.