97 yaşlı azərbaycanlı radio diktoru koronavirusa yoluxdu - Vəziyyəti ağırdır
    • 26-08-2021, 13:25
    • 360

97 yaşlı azərbaycanlı radio diktoru koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

Azərbaycanda ilk qadın radio diktorlarından biri olan Züleyxa Hacıyeva koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bu barədə teleaparıcı Pərvin Əsgərli "Facebook" hesabında məlumat verib. O bildirib ki, hazırda 97 yaşlı Züleyxa Hacıyevanın vəziyyəti çox ağırdır: "Qızı Gülnarə xanımla danışanda dedi ki, günlərdir yemək belə yemir. Amma yaddaşı üzərindədir. Zəng edib maraqlananları tanıya bilir. Allahdan şəfa diləyirəm bizim sevimli diktorumuza, xanım xatın Züleyxa Hacıyevaya. İnşallah sağalar və dünən tamam olan yaşını növbəti ildə sağlam şəkildə özü ilə birlikdə qeyd edərik. Müsahibə alaram, keçmişə, həyat və fəaliyyətinə bir daha nəzər salarıq".