Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi
    • 27-08-2021, 16:23
    • 566

Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib.

News24.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində məlumat yayılıb.

“Qazaxıstanın Jambıl bölgəsinin cənubunda hərbi anbarda partlayış xəbəri bizi kədərləndirdi. Bu faciəvi hadisənin qurbanlarının ailələrinə başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını diləyirik”, - məlumatda qeyd edilib.