Qırmızı ürəkli parkdan VİDEOREPORTAJ
    • 27-08-2021, 19:28
    • 560

Qırmızı ürəkli parkdan VİDEOREPORTAJ

Bakının Xətai rayonundakı bu ərazi bir zamanlar baxımsız, istifadəsiz bir məkan idi. 2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə burda əsaslı təmir başladı. Dünən isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə burda "Gənclik" adlı yeni və füsunkar park istifadəyə verildi. 

43 hektar ərazini əhatə edən bu parkda istirahət üçün hər cür şərait yaradılıb. 

Burda 3 uşaq, 1 idman meydançası var. Eləcə də, 3 stadion yaradılıb ki, onlardan 1-i qapalı, digər 2-si açıq fəaliyyət göstərir. Bununla yanaşı, parkın əsas hissəsində göl, restoran və müxətlif əyləncə yerləri mövcuddur.

Parkın yenicə açılmasına baxmayaraq, bura dincəlməyə gələnlərin sayı həddən artıq çox idi. Xüsusilə uşaqlar vaxtlarını olduqca səmərəli və şən keçirirdilər. Parkda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli uşaqlar üçün də idman və əyləncə sahəsi yaradılıb.

Bura üz tutanlar həm yay, həm də qış aylarında paytaxt Bakının, o cümlədən Xəzər dənizinin əsrarəngiz mənzərəsini seyr edə bilərlər.

News24.az "Gənclik" parkından hazırladığı süjeti təqdim edir:

VİDEO - FOTO: Nicat Niftəliyev