Kəlbəcərdə yabanı halda bitən 3 tona yaxın çətənə kolu məhv edildi
    • 28-08-2021, 14:30
    • 324

Kəlbəcərdə yabanı halda bitən 3 tona yaxın çətənə kolu məhv edildi

Kəlbəcərdə yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçirilib.


Əməliyyat nəticəsində rayonun Zar kəndi ərazisində yabanı halda bitən, çəkisi 2 ton 850 kiloqram olan 17985 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.