Bu il üçün aparılan pensiya təyinatının sayı açıqlandı
    • 30-08-2021, 10:06
    • 318

Bu il üçün aparılan pensiya təyinatının sayı açıqlandı

Bu ilin yanvar-iyul ayları ərzində 16 493 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, onların 56,2 faizini kişilər, 43,8 faizini isə qadınlar təşkil edib.