“Tank biatlonu” müsabiqəsinin püşkatması keçirilib - Video
    • 30-08-2021, 17:09
    • 473

“Tank biatlonu” müsabiqəsinin püşkatması keçirilib - Video

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların avqustun 30-da püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 31-də birinci divizionda Rusiya, Qazaxıstan və Çin komandaları ilə mübarizə aparacaqlar.


Yarımfinalda Azərbaycan komandası qırmızı, Rusiya komandası göy, Çin komandası sarı, Qazaxıstan komandası isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.