Vaksin olunanların sayı 7 milyona çatır
    • 30-08-2021, 17:25
    • 283

Vaksin olunanların sayı 7 milyona çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1225 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 768, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 457 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6689031, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4043744, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2645287 təşkil edir.