“Ailənin hamısı koronavirusa yoluxubsa, onlara QOHUMLARI ƏRZAQ ALMALIDIR” – EHSAN ZAHİDOV
    • 31-08-2021, 13:02
    • 443

“Ailənin hamısı koronavirusa yoluxubsa, onlara QOHUMLARI ƏRZAQ ALMALIDIR” – EHSAN ZAHİDOV

Koronavirus infeksiyasının şiddətli dalğası yoluxma sayının artmasına təkan verdi. Ölkəmizdə elə ailələr var ki, bütün fərdlər virusa yoluxub və qanunvericiliyə uyğun olaraq onlar izlənilir. İnsanları düşündürən isə maraqlı sual var.

Bəs, bir ailənin bütün üzvləri koronavirusa yoluxubsa, həmin ailənin qida ehtiyacını, alış-verişini kim etməlidir?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı News24.az-a açıqlama verib.

O bildirib ki, ailənin bütün fərdləri virusa yoluxduğu halda təminatı qohumlar və yaxınlar etməlidir: “Qohumlar, ailənin yaxınları ərzaqları və s. alıb qapıya qoymalı, onlar getdikdən sonra isə ailə üzvləri götürməlidir”.