Təcili tibbi yardım üçün həkimlər axtarılır
    • 31-08-2021, 14:31
    • 503

Təcili tibbi yardım üçün həkimlər axtarılır

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları işçi axtarır.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.


İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

İşçilərdən ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsi, diplom, internatura vəsiqəsi, sertifikat və əmək kitabçası tələb olunur.