"COVİD-19"-a yoluxma sayına görə Azərbaycan neçənci yerdədir?
    • 31-08-2021, 15:37
    • 362

"COVİD-19"-a yoluxma sayına görə Azərbaycan neçənci yerdədir?

Koronavirusun “Delta” ştammı artıq dünyanın bir çox ölkəsində qeydə alınıb və virusun bu növünün yoluxuculuq qabiliyyətinin yüksək olması daha çox yayılmasına və ölüm sayının artmasına səbəb olur.

Elə ölkəmizdə də son bir neçə həftədir ki, yoluxma rəqəmləri 3-4 min arasında dəyişir, ölüm sayı isə əksər hallarda 40-dan çox olur.

News24.az son 7 gündə yoluxma sayına görə Azərbaycanın dünya ölkələri arasında neçənci yerdə olduğunu araşdırıb. Bəlli olub ki, ölkəmizdə bu müddət ərzində 26 min 652 nəfər koronavirusa yoluxub. Bu rəqəm ötən həftə ilə müqayisədə 8 faiz çoxdur. Yəni bundan öncəki həftədə 24 min 598 yoluxma qeydə alınıb. Həftəlik yoluxma statistikasına görə, Azərbaycan dünya ölkələri arasında 30-cu yerdədir.

Həmçinin, ölkəmizdə son 7 gündə 252 nəfər COVID-19-un qurbanı olub. Bu rəqəm də bundan öncəki həftədən demək olar ki, 2 dəfə, yəni 48 faiz artıqdır. Belə ki, öncəki həftə koronavirusdan 170 nəfər vəfat edib. 

Dünya ölkələri arasında ən çox yoluxma ABŞ-dadır. Ən çox yoluxan 10 ölkədən birincisində xəstəliyə tutulanların sayı 1,107,894, ölənlərin isə 7523-dür.

307 min 466 yoluxma isə Hindistanda qeydə alınıb. Dünyanın ikinci ən çox COVİD-ə yoluxan bu ölkəsində məlum virusdan 3541 nəfər həyatını itirib. 

İran 244 973 yoluxma sayına görə bu sıralamada 3-cüdür. 

Siyahıda yoluxma sayı yüksək olan digər 7 ölkə isə bunlardır:

4. İngiltərə - 233 594 yoluxma, 805 ölüm

5.  Braziliya – 168 287 yoluxma, 4699 ölüm

6. Yaponiya – 154 201 yoluxma, 315 ölüm

7.Malaziya – 152 592 yoluxma, 2040 ölüm

8. Rusiya – 134 611 yoluxma, 5609 ölüm

9. Türkiyə - 131 918 yoluxma, 1693 ölüm 

10. Tailand – 123 277 yoluxma, 1837 ölüm

Maraqlı məqam isə odur ki, virusun dünyaya yayıldığı Çində son 7 gün ərsində cəmi 190 yoluxma qeydə alınıb, virusdan vəfat edən isə olmayıb.