"Brifinq olmayacaq" - Təhsil Nazirliyindən reaksiya
    • 1-09-2021, 14:36
    • 299

"Brifinq olmayacaq" - Təhsil Nazirliyindən reaksiya

Sosial şəbəkələrdə Təhsil Nazirliyinin məktəblərin açılması ilə əlaqədar bu günə brifinq təyin etməsi ilə bağlı məlumat yayılıb. 


News24.az xəbər verir ki, məlumata nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov reaksiya verib. O, bu xəbəri təkzib edib: "Bu gün hər hansı brifinq nəzərdə tutulmayıb".