Kürdəki görüntülərlə bağlı açıqlama
    • 1-09-2021, 16:51
    • 294

Kürdəki görüntülərlə bağlı açıqlama

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinə məişət tullantılarının atılması ilə bağlı məlumat yayılıb. 

News24.az xəbər verir ki, sözügedən görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən  baxış zamanı fakt təsdiqini tapıb. Çayın üzərindəki tullantılar əməkdaşlarımızın nəzarəti altında Mingəçevir Kommunal Müəssisələri Kombinatının işçiləri  tərəfindən təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Kombinata məcburi göstəriş verilib.