Sökülməkdə olan evlər yandı - Bakıda
    • 16-11-2018, 10:00
    • 671

Sökülməkdə olan evlər yandı - Bakıda

Bakıda sükülməkdə olan evlərdə yanğın hadisəsi yaşanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Yasamal rayonunda sökülməkdə olan, ümumi sahəsi 300 m² olan 5 yaşayış evinin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.