FHN əməliyyat görüntülərini yaydı - VİDEO
    • 2-09-2021, 11:48
    • 371

FHN əməliyyat görüntülərini yaydı - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

News24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 64 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 8 nəfər, o cümlədən dənizdə çimərlik ərazisində batma təhlükəsi olan 2 nəfər, Bakı şəhərinin Nəsimi rayonunda intihara cəhd edən 1 nəfər xilas edilib.

Həmçinin, Nazirliyin dalğıc-axtarış qrupu Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarış işlərinə cəlb olunub.