Rusiya Qarabağ məsələsinə nöqtə qoymaqda maraqlıdırmı? - ŞƏRH
    • 3-09-2021, 18:45
    • 463

Rusiya Qarabağ məsələsinə nöqtə qoymaqda maraqlıdırmı? - ŞƏRH

Qarabağda qanunsuz silahlı dəstələrə qarşı hərbi əməliyyat keçirmək mümkündürmü? Prinsipcə, bəli. Rusiya ilə anlaşıb, keçirmək olar. (Bu cür əməliyyatın keçirilməsi Rusiyanın razılığı olmadan mümkün deyil.) Amma Rusiya buna razı olacaqsa, hərbi əməliyyata nə ehtiyac? Rusiya istəsə, Ermənistandan gələn qüvvələri geri göndərər, yerli silahlıları da (əgər varsa) tərksilah edər və məsələ bir güllə atmadan 2-3 günə həll olunar. Əsas sual budur ki, Rusiya bunu istəyirmi?"

News24.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Şahin Cəfərli bildirib. O qeyd edib ki, Rusiya münaqişə tərəflərindən birini ortadan qaldırıb, Qarabağ məsələsinə nöqtə qoymaqda maraqlı deyil: "Ən azından hələ yox. Və məsələnin komik tərəfi odur ki, bu cür situasiya (yəni tərəflərdən birinin yox olması) 10 noyabr Bəyanatına da ziddir. Bəyanata əsasən Qarabağda təmas xətti və qarşı duran tərəflər var. Bunlar aradan qalxacaqsa və Azərbaycanın suverenliyi Xankəndində təmin olunacaqsa, onda sülhməramlılar orada nə edəcək və ümumiyyətlə, Rusiya niyə bizə 10 noyabr Bəyanatını imzalatdırırdı? Çünki özümüz onsuz da məsələni həll edirdik". 

"Bir ehtimal qalır ki, Rusiya yerli ermənilərin təhlükəsizliyini təmin etmək üçün orada daimi hərbi baza yaratmağa Azərbaycanın razılığı müqabilində Xankəndində Bakının hakimiyyətinin təmin olunmasına razılıq versin – SSRİ dövründə olduğu kimi" -deyə o qeyd edib.