Nazirin müşaviri valideynlərə müraciət etdi
    • 7-09-2021, 15:01
    • 261

Nazirin müşaviri valideynlərə müraciət etdi

“Məktəblərin girişində şagird və müəllimlərin temperaturunun yoxlanılması nəzərdə tutulur”.

News24.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev brifinqdə çıxış edərkən deyib. 

O bildirib ki, kiminsə temperaturu 37 dərəcədən yüksək olarsa, həmin şəxs məktəbə, təhsil müəssisəsinə buraxılmayacaq: “Hansısa məktəbdə kimdəsə COVID-19 testinin nəticəsi pozitiv çıxarsa, Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilir. Onlar araşdırma apardıqdan sonra həmin sinfin, yoxsa məktəbin bağlanmasına qərar verəcəklər”.