"Məktəblərin bağlanması nazirin və ya Təhsil Nazirliyinin istəyinə bağlı deyil"
    • 7-09-2021, 15:46
    • 410

"Məktəblərin bağlanması nazirin və ya Təhsil Nazirliyinin istəyinə bağlı deyil"

“Biz sentyabrın 22-si məktəbləri açmaqda israrlıyıq. Düşünürük ki, valideynlər də, biz də qoyulan qaydalara əməl etsək məktəblər bağlanmayacaq. Dərslər ayın 22-si başladığına görə valideynlər də hazırlıq görməlidirlər”.

News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev valideynlərin məktəb bazarlığı etmələrilə bağlı sualı cavablandırarkən deyib. 

O qeyd edib ki, məktəblərin bağlanması nazirin və ya Təhsil Nazirliyinin istəyinə bağlı deyil, təhsil ictimai işdir:

“Azərbaycan öz vətəndaşlarına vaksin təqdim etmiş ilk ölkələrdəndir. Nəyə görəsə, bizdə vaksinasiya müəyyən məhdudiyətlər tətbiq olunandan sonra avqust ayının sonlarında sürətlənib? Əgər biz vaksinasiyanı vaxtında etsəydik, 4 milyon vaksinasiya sayı avqustda çatsaydı, məktəblər sentyabrın 15-də də başlana bilərdi. Həmin say sentyabrın sonu, oktyabrın əvvəli yetərsaya çatmırsa, burada həmin insanların da məsuliyyəti var”.