Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də saat 15:14-dən etibarən internet səhifəsində yerləşdirib.
DİM-dən News24.az-a verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat
Təhsil forması
Qəbul planı
Qəbul olunub
Qəbulolma faizi
Azərbaycan bölməsi
Rus bölməsi
Bölmələr üzrə cəmi
Dövlət ödənişsiz
4166
4019
112
4131
99.16
Dövlət ödənişli
4983
4804
87
4891
98.15
Özəl
300
280
20
300
100.00
Cəmi
9449
9103
219
9322
98.66
Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat
Təhsil forması
Qəbul planı
Qəbul olunub
Qəbulolma faizi
Azərbaycan bölməsi
Rus bölməsi
Bölmələr üzrə cəmi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar
8054
7900
154
8054
100.00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar
1395
1203
65
1268
90.90
Cəmi
9449
9103
219
9322
98.66
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.