"2021-ci ildə daş dövrünü yaşayırıq" - "Xutor" sakinlərindən ETİRAZ - VİDEO
    • 10-09-2021, 13:39
    • 465

"2021-ci ildə daş dövrünü yaşayırıq" - "Xutor" sakinlərindən ETİRAZ - VİDEO

Binəqədi rayonu Xutor yaşayış massivi 14-cü sıra küçəsinin sakinləri yolların yararsız vəziyyətdə olasından nazarıdır.


Bu barədə News24.az-a elə həmin küçənin sakini Fərid İslamzadə məlumat verib. O bildirib ki, məsələ ilə bağlı sakinlər bir neçə dəfərayon icra hakimiyyətinə müraciət etsələr də, nəticəsi olmayıb: “10 ildən çoxdur ki, bu küçə təmir olunmur. Halbuki şəhərin mərkəzidir. Bir dönəm bu ərazinin söküləcəyi deyildi, amma elə söz olaraq qaldı. 500 metrlik əraziyə asfalt çəkmək bu qədərmi çətindir? Biz 2021-ci ildə daş dövrü yaşayırıq”.


Məsələ ilə bağlı Binəqədi Rayon icra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, “Xutor” yaşayış massivi Rəsulzadə qəsəbəsinə aiddir və ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Srəncamına əsasən həm “Xutor” yaşayış massivi, həm də Sulutəpə qəsəbəsinin yolları mərhələli şəkildə təmir olunacaq.