Haiti Senatının keçmiş sədri prezident ola bilmədi
    • 15-09-2021, 08:12
    • 432

Haiti Senatının keçmiş sədri prezident ola bilmədi

Haiti senatının keçmiş spikeri Cozef Lambertin andiçmə mərasimi baş tutmayıb. 

News24.az
xəbər verir ki, ölkə senatı C.Lamberti ölkənin müvəqqəti prezidenti seçməyi nəzərdə tutub. Lakin parlament binasının qarşısında baş verən atışma səbəbindənLambert binaya daxil ola bilməyib. 

Bildirilir ki, qərb diplomatları Lamberti geniş milli razılıq olmadığı təqdirdə vəzifəyə gəlməməsi ilə əlaqədar xəbərdar etdiblər.