Bu il məktəbli yarmarkası niyə təşkil olunmadı? - AÇIQLAMA
    • 17-09-2021, 12:36
    • 315

Bu il məktəbli yarmarkası niyə təşkil olunmadı? - AÇIQLAMA

Yeni təhsil ilinin başlamasına sayılı günlər qalıb. Bu il tədrisin ənənəvi formada keçiriləcəyini nəzərə alaraq,valideynləri düşündürən əsas məqamlardan biri də məktəbli yarmarkaları ilə bağlıdır. 

Məktəblər qapılarını şagirdlərin üzünə açmağa hazırlaşdığı bu dövrdə, paytaxtda sözügedən yarmarkalar müşahidə edilmir. 

News24.az məsələ ilə bağlı Bakı şəhər ticarət və xidmət depatamentinə müraciət edib. Departamentdən bildirilib ki, ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bu il məktəb yarmarkalarının keçirilməsi gözlənilmir.