Bu il şagirdlərin gül dəstəsi aparmalarına məhdudiyyət yoxdur - Rəsmi
    • 17-09-2021, 15:21
    • 690

Bu il şagirdlərin gül dəstəsi aparmalarına məhdudiyyət yoxdur - Rəsmi

Tədris ilinin başlaması ilə bağlı valideynləri maraqlandıran suallardan biri də şagirdlərin ilk gün çiçək dəstəsi aparmalarına icazə verilib-verilməməsidir.

News24.az-a müraciət edən valideynlərin bu sualına aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq.

Qurum rəsmisi bildirib ki, belə bir məhdudiyyət yoxdur: "Şagirdlər müəllimlərinə gül dəstələri apara bilərlər".

Xatırladaq ki, ötən il şagirdlərin məktəbə gül dəstəsi aparmalarına icazə verilməmişdi.