"Taliban" ABŞ-dan təzminat tələb edir
    • 24-09-2021, 13:29
    • 395

"Taliban" ABŞ-dan təzminat tələb edir

Yeni Əfqanıstan hökuməti hərbi kampaniya zamanı mülki şəxslərə və infrastruktura edilən hücumlara görə ABŞ-dan təzminat tələb etmək niyyətindədir.

News24.az xəbər verir ki, bu barədə ölkənin müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahid RİA-ya müsahibəsində deyib. 

O bildirib ki, ABŞ-ın zərbələri dəfələrlə hədəfdən yayınıb evlərə, məscidlərə ziyan vurub: "Zərbələr mülki əhalinin ölümünə və tibb müəssisələrinin dağıdılmasına səbəb olub. Tazminat tələb edəcəyik".