Elçin Quliyev İkinci Şəhidlər xiyabanında - FOTOLAR
    • 29-09-2021, 10:42
    • 301

Elçin Quliyev İkinci Şəhidlər xiyabanında - FOTOLAR

Vətən müharibəsinin ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə News24.az-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.