Məktəblilər arasında “Zəfər yolu” inşa müsabiqəsi keçirilir
    • 29-09-2021, 11:53
    • 257

Məktəblilər arasında “Zəfər yolu” inşa müsabiqəsi keçirilir

Ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinə start verilib. İnşa müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
 
Bu barədə News24.az-a Təhsil Nazirliyindən məlumat verilib, müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunub.
 
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.