-
- 20-11-2018, 12:25
- 739
Bakıda kanalizasiya kollektordan kəsilmiş mal başları çıxdı - "Azərsu"dan açıqlama - FOTO
Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş mal başları və digər bərk məişət tillantıları çıxarılıb.
Bu barədə "Azərsu" ASC-nin rəsmisi Anar Cəbrayıllıdan News24.az-a verilən məlumata görə, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə "Azərsu” ASC-yə müraciət daxil olduqdan sonra baxış keçirilib, əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi yəyinatlı maşın və digər mexanizmlər cəlb olunub:
"Bütün səylərə baxmayaraq, kolleltroda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektroun 4m dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru 2 yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub. Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən mox olan 2 taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib. Adi hallarda kollektorda tutulmalar bir-neçə saata aradan qaldırlırsa, Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmzilənməsi 3 gündən artıq vaxt aparıb".
A.Cəbrayıllı çağırış edib: "Heyvan kəsimi ilə məşğul olanlara, eləcə də əhalinin diqqətinə bir daha çatdırırıq ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir. Belə hallar kolleltorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərzailərin çirkab suların altında qalmasına səbəb olur".