Noyabrın 1-dən məktəblər bağlanır? - Rəsmi açıqlama
    • 19-10-2021, 14:27
    • 723

Noyabrın 1-dən məktəblər bağlanır? - Rəsmi açıqlama

Təhsil müəssislərində koronavirusa yoluxma hallarının atması ilə əlaqədar olaraq distant təhsilə keçid ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

News24.az xəbər verir ki, məlumatda həmçinin uşaq bağçalarının da bağlanacağı qeyd edilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan "xəbər" dezinformasiya xarakterlidir.